
İsrail ordusu Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatının (PUA) ölkənin cənubunda yerləşən Eylat şəhəri üzərində zərərsizləşdirildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, ordunun yaydığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri hava məkanına daxil olan PUA-nı vaxtında aşkarlayaraq qarşısını alıb.
Hadisə ilə bağlı əlavə detallara dair rəsmi açıqlama verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.