
SSRİ xalq artisti, tanınmış sovet və rus aktrisası Lyudmila Çursina 85 yaşında vəfat edib.
AVESTA.AZ RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Ordusu Teatrının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, "Lyudmila Alekseyevna artıq həyatda deyil".
20 iyul 1941-ci ildə Stalinaabadda (indiki Düşənbə) anadan olan Çursina 1963-cü ildə Şukin adına Teatr Məktəbini bitirib. O, Vaxtanqov Teatrında, Puşkin adına Leninqrad Dram Teatrında fəaliyyət göstərib, 1984-cü ildən isə Rusiya Ordusunun Mərkəzi Akademik Teatrında çalışıb.
Aktrisa həmçinin Rusiya Kinematoqrafçılar İttifaqının və Kinematoqrafiya İncəsənəti Akademiyasının üzvü olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.