
ABŞ Prezidenti Donald Tramp İranın infrastruktur obyektlərinə qarşı yeni hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib.
AVESTA.AZ xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına telefonla verdiyi müsahibədə danışıb.
Tramp bildirib ki, İranın elektrik stansiyaları və körpülərinə yeni zərbələrin endirilməsi ilə bağlı qərar verilə bilər.
"Bu, mümkündür. İranın razılaşma əldə etmək və vəziyyətdən çıxmaq imkanı var idi", – deyə ABŞ Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Tehran razılaşmanın əldə olunmasını uzun müddət gecikdirib və hazırkı vəziyyətin yaranmasına da məhz bu səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.