
ABŞ prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla dialoqa maraq göstərdiyini açıqlayıb. Bununla belə, o, tərəflər arasında ABŞ üçün qənaətbəxş razılaşmanın əldə olunacağına tam əmin olmadığını vurğulayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Donald Tramp Ağ Evdə təşkil olunan tədbir zamanı danışıb.
Onun sözlərinə görə, hazırda ABŞ razılaşma əldə etmək istəyən tərəflərlə işləyir və nəticənin necə olacağı yaxın vaxtlarda bəlli olacaq.
"Biz razılığa gəlmək istəyən insanlarla işləyirik və onların bizi qane edən şərtlər irəli sürüb-sürmədiyini görəcəyik. Nəticənin necə olacağını zaman göstərəcək. Əgər bu baş tutmasa, düşünürəm ki, onlar tezliklə razılaşmağa məcbur olacaqlar", – deyə o bildirib.
Qeyd edək ki, Vaşinqton və Tehran arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır və mümkün razılaşma regionda siyasi balansın dəyişməsinə ciddi təsir göstərə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.