
Bakıda "Qazel"lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi "Tufan" markalı motosikllə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.