9-01-2023, 16:09 739

Azərbaycan Mərkəzi Bankı məcburi ehtiyat normalarını yeniləyib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə məcburi ehtiyat normaları yenilənib.

"Report" quruma istinadən xəbər verir ki, normalar aşağıdakı kimi müəyyənləşdirilib:

- milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5%;

- xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6%;

- milli valyutada hüquqi şəxslərin depozitləri üzrə:

- milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 1 milyard manata qədər olan hissəsi üzrə 5%;

- milli valyutada hüquqi şəxslərin depozitlərinin 1 milyard manatı üstələyən hissəsi üzrə 10%;

- xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:

- xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 750 milyon manat ekvivalentinə qədər olan hissəsi üzrə 6%;

- xarici valyutada hüquqi şəxslərin depozitlərinin 750 milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12%;

- qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5%.

Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılıb.

Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0,16% və 0,01% artırıcı təsir göstərir.

Qərara alınıb ki, bu aydan bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (yəni 2023-cü ilin 15 fevral tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar.

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb.

Paylaş

Xəbər lenti

Çində 4,4 maqnitudalı zəlzələ olub Bu gün, 10:48 3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq əməliyyatla bərpa edilib Bu gün, 10:48 Bakıda yük maşını işıq dirəyinə çırpılıb Bu gün, 10:48 Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı Bu gün, 10:48 FHN SOCAR obyektində yanğın-taktiki təlim keçirib Bu gün, 10:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb Bu gün, 10:48 Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək Bu gün, 10:48 Bakıda məktəblər dezinfeksiya edilir Bu gün, 10:48 UEFA "Fənərbağça" və iki futbolçu ilə bağlı araşdırmaya başlayıb Bu gün, 10:48 Britaniyalı bloqer Lənkəranda nəyə heyrətləndi? Bu gün, 09:48 Mal ətinin qiyməti yenidən artdı Bu gün, 09:48 Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb Bu gün, 09:48 Milli Qəhrəman Yuri Kovalyovun anım günüdür Bu gün, 09:48 Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR Bu gün, 09:48 "Azeri Light" neftinin qiyməti 102 dollara yaxınlaşdı Bu gün, 09:48 Bu gün bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 İran ABŞ bazasına zərbə endirdiyini açıqlayıb Bu gün, 08:48 Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat yüksəlib Bu gün, 08:48 Cərrahlar niyə yaşıl və göy geyinirlər? - Səbəbi təəccübləndirir Bu gün, 08:48 Basqala gedən yolda SÜRÜŞMƏ: Asfalt çökdü Bu gün, 08:48 Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub Bu gün, 00:48 ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb Bu gün, 00:48 Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar" Bu gün, 00:48 Ebola tarixdə görünməmiş sürətlə yayılır: ÜST-dən HƏYƏCAN TƏBİLİ Dünən, 23:48 Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək Dünən, 23:48 Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb Dünən, 23:48 Tramp ABŞ ordusunun yenidən İrana zərbələr endirməyə hazır olduğunu bildirib Dünən, 23:48 Venesuela "Chevron" və "Eni" şirkətləri ilə neft sazişləri imzalayıb Dünən, 23:48 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF Dünən, 22:48 Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib Dünən, 22:48 Soyuqdəymənin ilk əlamətləri zamanı BUNLARI EDİN Dünən, 22:48 ABŞ-nin dünən İrana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı Dünən, 22:48 Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək? Dünən, 21:48 Azərbaycanda balıq ovu başladı: Bazarda QİYMƏTLƏR NECƏDİR? - VİDEOREPORTAJ Dünən, 21:48 Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil" Dünən, 21:48 Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir? Dünən, 21:48 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub Dünən, 21:48 "Şamaxinka"dan Biləcəriyə gedən yol bağlanacaq Dünən, 21:48 Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq" Dünən, 20:48 Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi Dünən, 20:48 Bakıda ucuz mənzili bu rayonlardan almaq olar Dünən, 20:48 "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir" Dünən, 20:48 Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Dünən, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Dünən, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Dünən, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Dünən, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Dünən, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR