Bu gün, 20:48 55

Baş həkim maaş artımından danışdı:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sistemində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması ilə bağlı yeni islahat həyata keçirilir.

Sentyabrın 1-dən tətbiq olunan yeni əməkhaqqı qaydaları 72 212 tibb işçisini əhatə edir. İslahat çərçivəsində xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə çalışan tibb işçiləri üçün əlavə stimullaşdırıcı mexanizmlər nəzərdə tutulub.

BAKU.WS xəbər verir ki, mövzunun əhəmiyyəti, tibb işçiləri üçün yaradılan yeni imkanlar və islahatın səhiyyə xidmətlərinin keyfiyyətinə mümkün təsirləri ilə bağlı invaziv ağrı mütəxəssisi, özəl klinikalardan birinin baş həkimi Zülfiqar Yusifov Oxu.Az-a açıqlama verib.

O qeyd edib ki, tibb işçilərinin əməkhaqqılarının artırılması mühüm və stimullaşdırıcı addımdır:

"Birinci vitse-prezident Mehriban Əliyevanın belə bir təşəbbüslə çıxış etməsi bütün həkim cameəsi üçün çox faydalı və stimullaşdırıcıdır.

Əməkhaqqılarının artması ağır iş rejimində çalışan həkimlər və tibb bacıları üçün ciddi dəstəkdir. Çünki icbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrində çalışan həkim personalının çoxsaylı pasiyentlərə xidmət göstərməsi, çoxlu prosedurlar icra etməsi və əməliyyatlar həyata keçirməsi lazım gəlirdi. Əvvəlki əməkhaqqı bu həcmdə əməyin lazımi səviyyədə qiymətləndirilməsinə imkan vermirdi.

Hazırda belə bir mexanizmin tətbiq olunması olduqca yaxşı haldır. Xüsusilə regionlarda çalışan həkimlərin əməkhaqqılarının əlavə faizlərlə artırılması onların regionlara getməsinin stimullaşdırılması deməkdir. Bu, regionlarda çalışan həkimlərin daha rahat işləməsinə, əsasən də gənc həkimlərin regionlara axınının stimullaşdırılmasına xidmət edəcək. Bu baxımdan, qərarı təqdirəlayiq və sevindirici hesab edirəm".

Həkim maaş artımının ilkin səhiyyə və təcili tibbi yardım xidmətlərinə də müsbət təsir göstərəcəyini bildirib:

"Təcili yardım həkimlərinə bunun şamil olunması, əslində, ilkin tibbi yardımın keyfiyyətinin artması deməkdir. Bu, təcili yardım xidmətlərində məsuliyyətin artması ilə yanaşı, tibbi personalın öz işinə daha həvəslə yanaşmasına şərait yaradacaq.

Xəstənin qayğılarının bir hissəsi artıq həll olunmuş olur və bu baxımdan, tibb işçiləri insanlara vaxtında, təcili və təxirəsalınmaz tibbi yardımı daha yüksək keyfiyyətdə göstərməyə meyilli olacaqlar. Bu da hər bir halda vətəndaşın xeyrinədir".

Z.Yusifov yeni əməkhaqqı mexanizminin gənc həkimlərin iş yeri seçiminə ciddi təsir edəcəyini vurğulayıb:

"Elə sahələr var ki, burada 100 faizə qədər, 107 faiz, 60 faiz, 48 faiz artımlar nəzərdə tutulub. Bu, xüsusən, gənc həkimlər üçün həm regionlarda çalışmağa meyil yaradacaq, həm də onların gündəlik tələbatlarını ödəməsinə imkan verəcək məbləğlər formalaşdıracaq. Bu da olduqca vacibdir.

Bununla yanaşı, hesab edirəm ki, tibbi təhsilin lazımi səviyyədə olmasına və kadr hazırlığının adekvat təşkilinə diqqət yetirmək lazımdır. Xüsusən rezidentlər və tələbələr təhsillərini başa vurduqdan sonra hazır həkim statusunda olmalıdırlar ki, onlar da adekvat əməkhaqqı ilə fəaliyyətə başlayaraq vətəndaşa və Vətənə xidmət edə bilsinlər".

Paylaş

Xəbər lenti

Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək? Bu gün, 21:48 Azərbaycanda balıq ovu başladı: Bazarda QİYMƏTLƏR NECƏDİR? - VİDEOREPORTAJ Bu gün, 21:48 Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil" Bu gün, 21:48 Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir? Bu gün, 21:48 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub Bu gün, 21:48 "Şamaxinka"dan Biləcəriyə gedən yol bağlanacaq Bu gün, 21:48 Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq" Bu gün, 20:48 Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi Bu gün, 20:48 Bakıda ucuz mənzili bu rayonlardan almaq olar Bu gün, 20:48 "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir" Bu gün, 20:48 Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Bu gün, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Bu gün, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Bu gün, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Bu gün, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Bu gün, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Bu gün, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Bu gün, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Bu gün, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Bu gün, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Bu gün, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Bu gün, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Bu gün, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Bu gün, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Bu gün, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Bu gün, 17:48 Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb Bu gün, 17:48 "Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib Bu gün, 17:48 Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Bu gün, 17:48 Bakının bu küçələri TƏMİRƏ BAĞLANIR Bu gün, 17:48 Odlu silahdan yaralanan çoban öldü Bu gün, 17:48 Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO Bu gün, 17:48 Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Bu gün, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Bu gün, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Bu gün, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Bu gün, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Bu gün, 15:48 ADY Bakı–Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq edib Bu gün, 15:48 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın" Bu gün, 15:48 "Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir Bu gün, 15:48 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Bu gün, 15:48 Türkiyə iqtisadiyyatının artımı 2020-ci ildən bəri minimuma düşüb Bu gün, 15:48 Beyni qoruyan hobbilər AÇIQLANDI - demensiya riskini azalda bilər Bu gün, 15:48 Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI Bu gün, 15:48 İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb Bu gün, 14:48 İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib Bu gün, 14:48 Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli? Bu gün, 14:48 İlham Əliyevdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN Bu gün, 14:48 İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR