
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, yeni sədr müavinləri Tural Mailov və Kamran Əzizovdur.
İndiyə qədər T.Mailov sədrin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, K.Əzizov isə Agentliyin Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, agentlik məlumatı BAKU.WS-ə təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.