
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan BAKU.WS-ə verilən məlumata görə, fransalı vinger Yunis Laçab bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.
Laçab Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.
"Lill" klubunun yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.