15-06-2026, 17:48 124

Bölgələrdə biznesin inkişafı üçün yeni dövr: 2,2 milyard manatlıq dəstək işə düşür

Prezident İlham Əliyevin imzaladığı "Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman sahibkarlıq layihələrinə yeni yanaşma gətirir. Fərmana əsasən, 2030-cu ilin sonuna qədər biznes kreditlərinə dövlət dəstəyi pilot layihə kimi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla ölkənin digər ərazilərində tətbiq ediləcək.

Bəs yeni qaydalar bölgələrdə biznes mühitinin və kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Girov və emal problemi

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, sahibkarların kreditləri üzrə dövlət təminatı mexanizmi bir neçə ildir İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə həyata keçirilirdi. Yeni Fərmanla bu mexanizmin icrası Biznesin İnkişafı Fonduna həvalə edilir: "2026-2030-cu illəri əhatə edən kənd təsərrüfatı üzrə dövlət proqramı var. Bu proqram çərçivəsində aqrar sektor üçün yeni yanaşmalar nəzərdə tutulur. Xüsusilə fermerlərin banklardan götürdüyü konversiya kreditləri üzrə subsidiyaların tətbiqi planlaşdırılır. Eyni zamanda birillik əkinlər üzrə yaranan qısamüddətli maliyyə ehtiyaclarının daha operativ şəkildə qarşılanması məqsədilə dövlət tərəfindən subsidiyanın bir hissəsinin ödənilməsi nəzərdə tutulur. Bu mexanizm fermerlərin maliyyə xərclərinin azaldılmasına, nəticə etibarilə isə ümumi istehsal xərclərinin optimallaşdırılmasına xidmət edəcək".

Bölgələrdə biznesin inkişafı üçün yeni dövr: 2,2 milyard manatlıq dəstək işə düşür

C. İbrahimli vurğulayır ki, bu dəyişikliklər regionlardakı şirkətlərin, biznes subyektlərinin və kənd təsərrüfatı sektorunun dəstəklənməsinə yönəldiyi üçün burada iki əsas məqam diqqət çəkir: "Birincisi, kənd təsərrüfatında uzun illərdir mövcud olan girov problemi ilə bağlıdır. Bu sahədə girov mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Fermerlərin müqavilələr, torpaq sənədləri və reyestr çıxarışları əsasında əldə etdikləri hüquqların girov kimi daha çevik qəbul olunması kreditlərə çıxışı asanlaşdıra bilər. Bu isə həm banklar, həm də fermerlər üçün maliyyələşmənin daha sürətli və əlçatan olmasına şərait yaradar. İkinci mühüm məqam bu islahatların regionlarda emal sənayesinin inkişafına təsiri ilə bağlıdır. Bu addımların kənd təsərrüfatı ilə paralel olaraq emal sənayesini də gücləndirəcəyi gözlənilir. Çünki emal imkanları olmadan məhsulların satışı və realizasiyasında çətinliklər yaranır, bu da fermerlərin risklərini artırır".

Bölgələrdə biznesin inkişafı üçün yeni dövr: 2,2 milyard manatlıq dəstək işə düşür

"Bu, strateji əhəmiyyət daşıyır"

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov bildirib ki, regionların iqtisadi potensialının gücləndirilməsi strateji əhəmiyyət daşıyır: "Azərbaycanda müşahidə olunan urbanizasiya prosesi kənd təsərrüfatının inkişafı üçün risklər yaradır. Aqrar fəaliyyətlə məşğul olan əhalinin kəndləri tərk etməsi istehsalla yanaşı, qeyri-neft sektorunun inkişafına da mənfi təsir göstərir. Regionlarda investisiya və sahibkarlığın təşviq edilməsi həmin tendensiyanın zəiflədilməsi baxımından mühüm addımdır".

"Aqrar sektorda vəziyyət ciddi müdaxilə tələb edir"

Mütəxəssisin qənaətincə, son illərin rəsmi statistikası göstərir ki, aqrar sektorda vəziyyət ciddi müdaxilə tələb edir: "Məsələn, vaxtilə Azərbaycanda 8.5 milyondan çox xırda və iribuynuzlu mal-qara olduğu halda, hazırda rəsmi məlumatlara əsasən xırdabuynuzlu heyvanların sayında 1.3-2 milyon baş arasında azalma müşahidə olunur. Bu isə bazarda ən çox istehlak olunan qida məhsullarından biri olan ətin qiymətinə birbaşa təsir göstərir. Əkinçilik sahəsində də vəziyyət ürəkaçan deyil. Azərbaycanda ərzaqlıq buğda istehsalı daxili tələbatın təxminən 52 faizini qarşılayır, qalan hissə isə idxal hesabına təmin edilir. Ölkə hər il neft-qaz sektorundan əldə olunan yüzmilyonlarla vəsaiti müxtəlif ərzaq məhsullarının idxalına yönəltmək məcburiyyətində qalır. Bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı fərman və aqrar sektorun inkişafı istiqamətində nəzərdə tutulan yeni dövlət dəstəyi tədbirləri xüsusi əhəmiyyət daşıyır".

Bölgələrdə biznesin inkişafı üçün yeni dövr: 2,2 milyard manatlıq dəstək işə düşür

Diqqət yalnız subsidiyaların əldə edilməsinə yönələrsə...

X.Məmmədovun sözlərinə görə, bu gün Azərbaycanda aqrar sahənin dəstəklənməsi üçün kifayət qədər subsidiya mexanizmləri mövcuddur: "Azərbaycan kənd təsərrüfatına dövlət dəstəyinin səviyyəsinə görə dünyada ön sıralarda yer alan ölkələrdəndir. Lakin əsas məsələ bu imkanlardan necə istifadə edilməsidir. Burada dövlət qurumlarının, sahibkarların, fermerlərin, bankların və sahə üzrə fəaliyyət göstərən assosiasiyaların üzərinə ciddi vəzifələr düşür. İlk növbədə məhsuldarlığın artırılmasına nail olmaq lazımdır. Bitkiçilikdə bunun üçün aqrotexniki qaydalara düzgün əməl olunmalı, torpaqların münbitliyi yaxşılaşdırılmalı, su təminatı gücləndirilməlidir. Eyni zamanda toxumçuluğun inkişafı, gübrə və digər istehsal vasitələrindən elmi əsaslarla və səmərəli istifadə vacibdir. Heyvandarlıqda isə əsas diqqət məhsuldar cins heyvanların sayının artırılmasına yönəldilməlidir. Əgər diqqət yalnız subsidiyaların əldə edilməsinə yönələrsə və istehsalın əsasını təşkil edən məsələlər elmi yanaşma ilə həll olunmazsa, gözlənilən nəticələri əldə etmək çətin olacaq".

Bölgələrdə biznesin inkişafı üçün yeni dövr: 2,2 milyard manatlıq dəstək işə düşür

Mütəxəssis bildirir ki, kreditlərin verilmə mexanizmi də əhəmiyyətlidir: "İriməbləğli maliyyələşmə zamanı yalnız biznes-plan deyil, həm də müraciət edən şəxsin sahə üzrə təcrübəsi, idarəetmə bacarığı, komandası və təsərrüfatın mövcud infrastrukturu ciddi şəkildə qiymətləndirilməlidir. Eyni zamanda, bəzi hallarda girov təminatı yetərli olmadıqda dövlətin zəmanət mexanizmləri də işə düşür. Məsələn, bir milyon manatlıq kredit üçün tələb olunan girovun yarısı çatışmadıqda, həmin hissənin dövlət tərəfindən zəmanət altına alınması fermerin maliyyə resurslarına çıxışını asanlaşdırır. Bununla yanaşı, subsidiya sisteminin icrası ilə bağlı bəzi problemlər də mövcuddur. Xüsusilə yanacaq, gübrə və dərman vasitələrinə ayrılan subsidiyaların vaxtında çatdırılması və bu prosesdə monitorinq mexanizmlərinin təkmilləşdirilməsi vacib məsələlərdəndir".

Paylaş

Xəbər lenti

Hər addımda ölüm riski: Atası şəhid oldu, oğlu yolunu davam etdirir... Bu gün, 00:48 İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü Bu gün, 00:48 Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir Dünən, 23:48 "Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib Dünən, 23:48 Qalibaf: Müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər Dünən, 23:48 Rusiya Kramatorska 7 aviabomba atıb, 4 nəfər ölüb Dünən, 23:48 Ucarda 16 yaşlı yeniyetmə suda boğulub Dünən, 23:48 Erməniəsilli jurnalist: "ABŞ eyni vaxtda iki fərqli ölkəyə - Bosniya və Herseqovinaya qarşı oynadı" Dünən, 23:48 Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb Dünən, 22:48 Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Qarabağda iş yerləri: 3 min manata qədər yeni vakansiyalar Dünən, 22:48 "Yayda toz-torpaq, qışda isə palçıq" - Ağsu sakinlərinin yol dərdi Dünən, 22:48 FHN dənizdə batan 19 yaşlı Zeynəbin axtarışına helikopter cəlb edib Dünən, 22:48 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib Dünən, 21:48 Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib Dünən, 21:48 Hacı Kərimov Avropa çempionatının finalına çıxıb Dünən, 21:48 Köməksiz vəziyyətdə qalan vətəndaşlar XİLAS EDİLDİLƏR Dünən, 21:48 Ağstafada ağır qəza: Avtomobil su arxına düşdü Dünən, 21:48 Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun Dünən, 21:48 Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb Dünən, 21:48 Tokayev Trampın siyasətini dəstəklədiyini bildirib, onu Qazaxıstana səfərə dəvət edib Dünən, 20:48 Dünyanın 1 nömrəli avtomobil idxalçısı – Azərbaycan və Gürcüstan avtomobil biznesi üçün tarixi gün! Dünən, 20:48 Yaşayış binasının altında mərasim evi açılması sakinlərin etirazına səbəb oldu Dünən, 20:48 Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR Dünən, 20:48 Tramp ona sui-qəsd ediləcəyi təqdirdə İranı bombalamaq barədə göstəriş verib Dünən, 20:48 Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib Dünən, 19:48 Azərbaycan İran və Rusiyaya pambıq tədarükünü kəskin artırıb Dünən, 19:48 Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb Dünən, 19:48 Uşaqları bu saatlarda dənizə aparmayın! - XƏBƏRDARLIQ Dünən, 19:48 Tramp: İran ABŞ-dən danışıqları davam etdirməyi xahiş edib Dünən, 19:48 Cəlilabad və Biləsuvardan olan fermerlərə 10 min manatdan çox sığorta ödənişləri edilib Dünən, 18:48 İqtisadi Şuranın iclası keçirilib Dünən, 18:48 "Qan pulu"nu alanda insan dirilir?!" Dünən, 18:48 Bakıda partlayışda xəsarət alan ər-arvad xəstəxanada ÖLDÜLƏR Dünən, 18:48 "Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib Dünən, 18:48 Sürücülər üçün "parkur": Bakıda bina inşa edib, yola pilləkən saldılar Dünən, 18:48 FIFA ilə UEFA arasında gərginlik: Yeni qaydalar dünya futbolunu iki cəbhəyə bölüb Dünən, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib Dünən, 18:48 Bakıda bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildi Dünən, 17:48 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb Dünən, 17:48 Psixoloqdan gözlənilməz açıqlama: Arıqlamağın sirri pəhrizdə deyil Dünən, 17:48 Kibrit qalmaqalında ittiham olunan 67 yaşlı şəxs həbsdə saxlanıldı Dünən, 17:48 Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ Dünən, 17:48 Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır Dünən, 17:48 Son bir həftədə yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib Dünən, 17:48 Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi təyin olunub Dünən, 16:48 Sahibə Qafarova: "Rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib" Dünən, 16:48 Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin qalibi olub Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR