
Azərbaycan halal iqtisadiyyatın inkişafı üçün əlverişli imkanlara malik ölkələrdən biridir.
AVESTA.AZ xəbər verir ki, bu fikri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan Halal Forumda səsləndirib.
O bildirib ki, halal iqtisadiyyatın və bu sahədə formalaşan ekosistemin inkişafı Azərbaycan üçün təkcə yeni iqtisadi perspektivlər deyil, eyni zamanda strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir.
Orxan Məmmədov qeyd edib ki, ölkənin Avropa ilə Asiyanın qovşağında yerləşməsi Azərbaycanın regional və beynəlxalq bazarlar arasında mühüm əlaqələndirici rol oynamasına şərait yaradır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.