
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Independent Project Analysis, Inc." (IPA) arasında layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsi imkanlarını nəzərdən keçirib.
Bu barədə AVESTA.AZ-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və IPA şirkətinin prezidenti və baş icraçı direktoru Nekhil Mişra arasında keçirilən görüşdə aparılıb.
Görüşdə tərəflər həmçinin investisiya təşəbbüslərinin və kapital qoyuluşlarının səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarını araşdırıb. Habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.