
Azərbaycan və Çad Respublikası arasında ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq potensialının reallaşdırılması imkanları müzakirə edilib.
AVESTA.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
Müzakirələr nazirin İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində Çadın dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin ilə görüşündə baş tutub.
İslam İnkişaf Bankı Qrupunun (@isdb_group) İllik Toplantıları çərçivəsində Çad Respublikasının dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin (@TahirHamidN) ilə görüşdük.#Ticarət, #investisiya, #enerji,… pic.twitter.com/yVaMncbWRn
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 16, 2026
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.