19-06-2026, 17:48 237

Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb

Bakıda Beynəlxalq İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) ilə yeni 3 milyard ABŞ dolları dəyərində sazişlər imzalanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ITFC-nin Baş İcraçı direktoru Adeeb Alaama Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

O, Azərbaycan hökumətinə göstərilən yüksək qonaqpərvərliyə və bu mühüm iclaslara ev sahibliyinə, eləcə də regional əməkdaşlıq, iqtisadi diversifikasiya və özəl sektorun inkişafına davamlı sadiqliyinə görə minnətdarlığını ifadə edib.

A.Alaama bildirib ki, artan qeyri-müəyyənlik və mürəkkəbliklə xarakterizə olunan bugünkü qlobal iqtisadi mühitdə ticarət dayanıqlılığın, iqtisadi artımın və yeni imkanların əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır: "ITFC-də biz ticarəti davamlı inkişaf üçün mühüm katalizator kimi qiymətləndiririk. Ticarət zəruri əmtəələrin təmin olunmasına, bizneslərin dəstəklənməsinə və üzv ölkələrimizdə iqtisadi imkanların genişləndirilməsinə xidmət edir. 2025-ci ildə ITFC ticarətin maliyyələşdirilməsi üzrə 9,3 milyard ABŞ dolları həcmində təsdiqlənmiş əməliyyatlar həyata keçirib ki, bu da indiyədək ən yüksək illik göstəricidir. Bu həftə Bakıda keçirilən tədbirlər çərçivəsində ITFC ümumilikdə təxminən 3 milyard dollar dəyərində yeni müqavilələr imzalayıb. Bu müqavilələr bir sıra üzv ölkələrlə yeni çərçivə sazişlərini əhatə edir və həm ticarətin maliyyələşdirilməsi, həm də ticarətin inkişafı sahələrində gələcək əməkdaşlıq üçün möhkəm baza yaradır".

Onun sözlərinə görə, imzalanmış sənədlər regiondakı tərəfdaş maliyyə institutları ilə ticarətin maliyyələşdirilməsi mexanizmlərini də əhatə edir və bu, özəl sektorun, xüsusilə kiçik və orta müəssisələrin (KOM-ların) maliyyə resurslarına çıxışının genişləndirilməsinə xidmət edir: ITFC həmçinin ortaq üzv ölkələrdə ticarətin maliyyələşdirilməsini genişləndirmək məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Bu tərəfdaşlıqlar ITFC-nin ticarətin gücləndirilməsinə, özəl sektorun inkişafına və üzv ölkələrdə dayanıqlı iqtisadi artımın təşviqinə sadiqliyini daha da möhkəmləndirir. Bu rəqəmlərin arxasında real inkişaf nəticələri dayanır: Bura ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması, enerji təchizatının daha etibarlı təmin edilməsi, yeni iş yerlərinin yaradılması və sahibkarlar üçün daha geniş inkişaf imkanlarının formalaşdırılması daxildir".

A. Alaama qeyd edib ki, Azərbaycannda ITFC bu əməkdaşlığı daha da gücləndirib: "Hədəflənmiş ticarətin maliyyələşdirilməsi mexanizmləri vasitəsilə maliyyə institutları və özəl sektorun dəstəklənməsi çərçivəsində biz ölkədə KOM-ların İslam ticarət maliyyəsinə çıxışını genişləndirmək məqsədilə "Rabitəbank" və "Turanbank" ilə tərəfdaşlıq qurmuşuq. ITFC həmçinin ticarətin asanlaşdırılması və potensialın artırılmasına yönəlmiş ticarətin inkişafı təşəbbüslərini davam etdirir. Bu təşəbbüslərdən biri "Trade Connect Central Asia Plus" (TCCA+) layihəsidir ki, bu da Mərkəzi Asiya ölkələri və Azərbaycanın qarşılıqlı ticarətini, eləcə də onların digər regionlarla ticarət əlaqələrini dəstəkləməyi hədəfləyir. 2025-ci il həmçinin ITFC-nin əvvəlki beşillik korporativ strategiyasının uğurla başa çatmasını və İslam İnkişaf Bankı Qrupunun 10 illik strateji çərçivəsinə uyğunlaşdırılmış yeni mərhələnin başlanmasını qeyd edir".

O deyib ki, gələcəkdə diqqət özəl sektor və KOM-lara dəstəyin genişləndirilməsinə, səhiyyə, aqrar-ərzaq və rəqəmsal ticarət kimi sektorlarda iştirakın artırılmasına, eləcə də rəqabətqabiliyyətliliyi, əlaqəliliyi və iqtisadi dayanıqlığı gücləndirən inteqrasiya olunmuş ticarət həllərinin təqdim edilməsinə yönələcək: "Qlobal ticarət dəyişməkdə və inkişaf etməkdə davam etdiyi bir şəraitdə ITFC qarşısında duran çağırışlara baxmayaraq, ticarətin xidmət göstərdiyimiz icmalar üçün inklüziv inkişafın əsas hərəkətverici qüvvəsi olaraq qalmasını təmin etməyə sadiqdir".

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR