24-06-2026, 14:48 231

Məcnun Məmmədov:

Azərbaycan bankları fermerlər üçün girov tələblərini yumşaltmağa hazırdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

"Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankınən dəstəyi ilə banklarla birgə görüş keçirmişik. Yeni Dövlət Proqramının (2022–2026-cı illər) maliyyələşdirilməsində özəl bankların iştirakı nəzərdə tutulur. Bankların əsas qaldırdığı məsələ kredit götürəcək şəxslər barədə dolğun və etibarlı məlumatların mövcudluğu ilə bağlıdır. Biz razılığa gəldik ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hər bir fermerin son 5-6 il ərzində hansı məhsulu, harada və nə qədər ərazidə əkdiyi, eləcə də əldə etdiyi məhsuldarlıq barədə məlumatların banklara təqdim edilməsinə imkan yaradılsın. Çünki bank müştərisini tanımalı və onun fəaliyyət tarixi barədə ətraflı məlumata malik olmalıdır.

Bankların etimadını artırmaq üçün onları maksimum dərəcədə məlumatlandırmalıyıq. Bank nümayəndələri bildirdilər ki, fermerlər barədə etibarlı məlumatlar və fəaliyyət tarixçəsi olduğu halda girov təminatı ilə bağlı daha çevik yanaşma tətbiq etməyə hazırdırlar. Biz də bu məlumatların təqdim olunmasına hazır olduğumuzu bəyan etdik", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, burada fermerlərin də üzərinə müəyyən məsuliyyət düşür: "Elektron Kənd Təsərrüfatı sistemində təqdim olunan bütün məlumatlar dolğun, düzgün və tam olmalıdır. Fermer nə qədər dəqiq və dürüst məlumat paylaşarsa, bu, gələcəkdə onun kredit əldə etməsinə, həmçinin subsidiya mexanizmlərinin daha səmərəli tətbiqinə imkan yaradacaq. Bu baxımdan əkin məlumatları təkcə banklar üçün deyil, digər maliyyə və sığorta institutları üçün də mühüm əhəmiyyət daşıyır. Fermerlər əkinlərini bəyan etsələr də, bir çox hallarda sonradan istehsal etdikləri məhsulun həcmini Sistemə daxil etmirlər. Bu isə gələcəkdə kredit müraciətləri zamanı banklarda əlavə suallar yarada bilər. Ona görə də ilk növbədə hər bir fermer və sahibkar öz məlumatlarını düzgün və tam şəkildə sistemə daxil etməlidir. Bu, gələcəkdə dövlət proqramlarından və maliyyə alətlərindən istifadə üçün də əsas şərtlərdən biri olacaq".

"Məhsul şəhadətnaməsi" mexanizmi üzərində iş aparılıb və müvafiq dövlət qurumlarına təqdim olunub. Hazırda sənədə baxılır. Ümid edirik ki, payız sessiyasında Milli Məclisə təqdim ediləcək və qəbul olunacağı təqdirdə fermerlər üçün yeni maliyyələşmə mexanizmi formalaşacaq. Belə ki, fermerlər öz məhsulları əsasında məhsul şəhadətnaməsi əldə edərək həmin sənədi girov kimi təqdim etməklə banklardan kredit ala biləcəklər. Başqa sözlə, girov rolunu fermerin məhsulu oynayacaq. Bunun üçün isə müvafiq qanunvericilik bazasının formalaşdırılması vacibdir", - deyə M.Məmmədov əlavə edib.

Paylaş

Xəbər lenti

Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR