
Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Estoniya millisi yoldaşlıq oyunu keçirib.
"AVESTA.AZ"un məlumatına görə, Tomas Heberlinin baş məşqçi olduğu komanda Portuqaliyadakı təlim-məşq toplanışında Finlandiya ilə üz-üzə gəlib.
Qarşılaşma estoniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 84-cü dəqiqədə Martin Miller vurub.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə F qrupunda Estoniya ilə yanaşı, Belçika, Avstriya və İsveçlə də mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.