
Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.
AVESTA.AZ xəbər verir ki, Monterrey stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) qol vuran futbolçular olublar.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Afrika təmsilçisi (3:2) 1/8 finala yüksəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.