2-07-2026, 00:48 202

Vüqar Bayramov: Vacib istiqamətlərdən biri kağızsız hökumət modelinə keçiddir

Rəqəmsal İnkişaf Şurasının iclası çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi və rəqəmsal inteqrasiyanın dəstəklənməsi istiqamətində strateji prioritetlər müəyyənləşdirilib.

AVESTA.AZ xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

"Təqdim olunan əsas sənədlərdən biri də "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" olub", - o bildirib və əlavə edib ki, bu fəaliyyət planı həm rəqəmsal inkişafın, həm də rəqəmsal inteqrasiyanın gücləndirilməsini əhatə edir.

O qeyd edib ki, sənəddə ilk növbədə qlobal trendlər və çağırışlar təhlil edilir, Azərbaycanda mövcud vəziyyət qiymətləndirilir, hüquqi və strateji çərçivə nəzərdən keçirilir:

"Əsas istiqamətlərdən biri məlumat iqtisadiyyatının və rəqəmsal bazarın daha da möhkəmləndirilməsidir.

Fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi mühüm prioritetlər kimi müəyyən edilib.

Digər vacib istiqamət isə innovasiya ekosisteminin inkişafıdır. Bu sahədə artıq müəyyən addımlar atılıb, Bakı və Sumqayıtda innovasiya mərkəzləri yaradılıb, innovasiya fondları formalaşdırılıb və bu istiqamətdə dəstəyin davam etdirilməsi nəzərdə tutulur".

Deputat vurğulayıb ki, plan bütövlükdə iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməyə, milli innovasiya sistemini gücləndirməyə və texnoloji sahələrin inkişafını təşviq etməyə xidmət edir:

"Eyni zamanda rəqəmsal infrastrukturun inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət xidmətlərinin inteqrasiyası əsas məqsədlər sırasındadır.

Fəaliyyət planında nəzərdə tutulan tədbirlər aralıq və yekun mərhələlər üzrə qruplaşdırılıb. Bu yanaşma görüləcək işlərin monitorinqi və qiymətləndirilməsini daha səmərəli həyata keçirməyə imkan verəcək".

V. Bayramov onu da əlavə edib ki, sənəddə insan kapitalının inkişafı, elm və təhsil sahəsində tədbirlər, dövlət dəstəyinin genişləndirilməsi, dövlət informasiya ehtiyatlarının təkmilləşdirilməsi və müxtəlif dövlət informasiya sistemlərində formalaşan məlumatların inteqrasiyası da öz əksini tapıb:

"Bu tədbirlərin əsas hissəsinin 2028-ci ilin iyun ayınadək tamamlanması nəzərdə tutulur.

Vacib istiqamətlərdən biri də kağızsız hökumət modelinə keçiddir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır. Bu modelin 2028-ci ilin iyun ayından etibarən tam şəkildə tətbiq olunması nəzərdə tutulur.

Bundan əlavə, vətəndaşlar və sahibkarlar üçün elektron xidmətlərin əhatə dairəsi daha da genişləndiriləcək. Bu isə həm xidmətlərə çıxış imkanlarını artıracaq, həm də dövlət idarəçiliyində çevikliyi və səmərəliliyi yüksəldəcək".

Parlament üzvü ümumilikdə, fəaliyyət planının iqtisadiyyatın şaxələndirilməsinə xidmət edəcəyini düşünür:

"Sənəd innovativ sahələrin ümumi daxili məhsuldakı payının artırılmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişləndirilməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına mühüm töhfə verəcək.

Eyni zamanda kibertəhlükəsizliyin təmin olunması fəaliyyət planının əsas prioritetlərindən biridir. Bu istiqamətdə müasir təhlükələrə uyğun yeni tədbirlərin həyata keçirilməsi, informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi və rəqəmsal inteqrasiyanın etibarlı şəkildə təmin olunması davamlı əsasda həyata keçiriləcək".

Paylaş

Xəbər lenti

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar Bu gün, 01:48 "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR