
TƏBİB Gəncədə vəfat edən azyaşlı ilə bağlı ilkin tibbi məlumat yayıb.
AVESTA.AZ xəbər verir ki, 2024-cü il təvəllüdlü qız uşağı iyunun 30-da saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Məlumata görə, serebral iflic diaqnozu olan azyaşlıya reanimasiya şəraitində zəruri tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala əsasən, uşağın ölümünə törədicisi müəyyən edilməmiş pnevmoniya və ağciyər-ürək çatışmazlığı səbəb olub. Bioloji ölüm faktı iyulun 1-də saat 23:50 radələrində qeydə alınıb.
***08:44
Daşkəsən rayon sakini olan azyaşlı xəstəxanada dünyasını dəyişib.
AVESTA.AZ "Teleqraf"a istinadən xəbər verir ki, 1.5 yaşlı D.Murquzova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdiyi zəruri tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, uşaq tibb müəssisəsinə gətirilən zaman yüksək hərarətdən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.