
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verie ki, hadisə şəhərin M.S. Ordubadi küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.