5-07-2026, 23:48 213

Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu olmayan daş kürə aşkarlandı

Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqaz Neolit dövrünün indiyədək məlum olan ən maraqlı cilalanmış daş məmulatlarından biridir. Mövcud elmi nəşrlərə əsasən, bu tapıntının morfoloji baxımdan regionda birbaşa analoqu hələlik qeydə alınmayıb. Bu səbəbdən daş kürə həm hazırlanma texnologiyası, həm də funksional təyinatı baxımından xüsusi elmi əhəmiyyət daşıyır və Levant-Anadolu-Cənubi Qafqaz əlaqələrinin öyrənilməsi üçün yeni məlumat mənbəyi hesab olunur.

Alimin sözlərinə görə, tapıntının ən diqqətçəkən xüsusiyyəti onun üzərində heç bir deşik və ya zərbə izinin olmamasıdır. Daş kürənin hansı məqsədlə istifadə edildiyini hələlik dəqiq müəyyənləşdirmək mümkün deyil. Ehtimal edilir ki, o, ritual xarakteri daşıyıb və ya çəki ölçüsü kimi istifadə olunub. Bunun dəqiqləşdirilməsi üçün əlavə tədqiqatlar aparılacaq və müvafiq mütəxəssislər cəlb ediləcək.

Tapıntının çəkisi 1 kiloqram 870 qram, diametri isə təxminən 10 santimetrdir.

Vəfa Mahmudova bildirib ki, Paşatəpə abidəsində qazıntı sahəsi də genişləndirilib və tədqiqatlar 45-50 santimetr dərinlikdə davam etdirilib. Yeni qazıntı sahəsində qiymətli arxeoloji materiallar aşkarlanıb. İlkin araşdırmalar zamanı orta əsrlərə aid olduğu ehtimal edilən drenaj sistemi - su xəttlərində istifadə olunan küp borular qeydə alınıb. Onların dəqiq dövrü sonrakı elmi tədqiqatlarla müəyyən ediləcək.

Bununla yanaşı, Əliköməktəpə abidəsində də baxış keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları ilə birlikdə abidənin əvvəlki koordinatları müəyyənləşdirilib. Arxiv materialları əsasında aparılan araşdırmalar nəticəsində abidənin əsl mühafizə zonası dəqiqləşdirilib və hazırda zəbt olunmuş ərazinin sərhədləri üzə çıxarılıb.

Hazırda arxeoloji qazıntı və tədqiqat işləri davam etdirilir.

Paylaş

Xəbər lenti

272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48 "Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman Bu gün, 15:48 Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb Bu gün, 15:48 Tatlısesin qızından təsirli paylaşım: "Heç nə etmək istəmirəm!" Bu gün, 15:48 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Qaraciyəri yağdan qoruyan maddə adi tərəvəzdə tapıldı Bu gün, 15:48 "Sabah" klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM Bu gün, 15:48 Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək Bu gün, 15:48 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR