
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti artım nümayiş etdirib.
AVESTA.AZ xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,78 ABŞ dolları (1,07 %) bahalaşaraq 73,71 ABŞ dollarına yüksəlib.
Türkiyənin Ceyhan limanında FOB bazasında isə eyni markalı neftin bir bareli 0,67 ABŞ dolları (0,95 %) artaraq 71,15 ABŞ dolları olub.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin sentyabr fyuçersləri 69,88 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları nəzərdə tutulub. Azərbaycanda "Azeri Light" nefti "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.