
"Vicdanım rahatdır, əlimdən gələni etdim".
AVESTA.AZ xəbər verir ki, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026 ilə vidalaşmaları barədə danışarkən deyib.
41 yaşlı hücumçu ondan əvvəl Portuqaliyanın heç bir kuboku olmadığını, üç kuboku komandasına özünün qazandırdığını vurğulayıb:
"Üç kubok qazandım. Məndən əvvəl Portuqaliyanın heç bir kuboku yox idi. Buna görə də çox məmnunam. Əslində, milli komanda ilə qazandığım ən böyük uğur 2016-cı ildəki çempionluq idi. Səmimi deyirəm, bu, mənim üçün bir Dünya Çempionatı qədər dəyərli idi".
Xatırladaq ki, ötən gün DÇ-2026-nın 1/8 finalında İspaniyaya məğlub olan Portuqaliya ilə birlikdə Kriştiano Ronaldonun dünya çempionatlarındakı möhtəşəm səyahəti də sona çatıb.
İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra mundial karyerasının başa çatdığını təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.