
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından şəxsi təyyarə ilə qaçıb.
AVESTA.AZ "The Sun"a istinadən xəbər verir ki, "Əl-Nəsr" və Portuqaliya millisinin yarımmüdafiəçisi Kriştiano Ronaldo və ailəsi təcili olaraq Səudiyyə Ərəbistanından şəxsi təyyarə ilə ayrılıblar.
Məlumata görə, Ronaldo nişanlısı Corcina Rodrigez və beş uşağı ilə Ər-Riyadda yaşayır. Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi fonunda şəhər ötən həftənin sonlarında dron hücumlarına məruz qalıb və hücumlar davam edir.
Qeyd edək ki, bu mövsüm 41 yaşlı Ronaldo Əl-Nəsr üçün bütün yarışlarda 22 oyunda 20 qol vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.