
Məşhur aktyor Elxan Yunisin oğlu hərbi xidmətə yollanıb.
BAKU.WS xəbər verir ki, o bir müddət əvvəl Ali təhsil ocağını başa vuran övladını hərbi xidmətə yola salıb.
Bu barədə aktyor sosial şəbəkə hesabında bildirib. O övladı ilə videosunu paylaşaraq "Canım oğlum kişilik məktəbin mübarək olsun" şərhini qeyd edib.
Xatırladaq ki, Elxan Yunisin oğlu iyunun 23-də universitetdən məzun olub.
O Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bakalavr pilləsini bitirib.
Qeydd edək ki, Elxan Yunis "Vicdan Haqqı" serialı ilə məşhurlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.