
Türkiyənin reytinqli layihələrindən olan "Yaprak Dökümü" serialının aktyorları illər sonra görüşüblər.
AVESTA.AZ saytı xəbər verir ki, məşhurlar bu gün dəfn mərasimi keçirilən həmkarları Zehni Göktayın yasında bir araya gəliblər.
Aktyorlar Bennu Yıldırımlar və Ahmet Saraçoğlu yas mərasimində görüşüblər.
Məşhurların illər sonra bu görüşü maraqla qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan video müzakirələrə səbəb olub.
Qeyd edək ki, "Yaprak Dökümü" serialında Bennu Yıldırımlar Fikrət, Ahmet Saraçoğlu isə Tahsin obrazına həyat verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.