15-01-2023, 05:10 606

Rusiyanın Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb, 73 nəfər yaralanıb - YENİLƏNİB-4

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.

Administrasiya rəhbəri onu da qeyd edib ki, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb.

"Axtarış əməliyyatı davam etdirilir", - onun paylaşımında deyilir.

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib. 

03:45

Rusiyanın Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binaya endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 73 nəfərə çatıb, yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.

“AVESTA.AZ” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.

Qeyd edilir ki, 14 yanvar 2023-cü il şənbə günü Rusiyanın “Pobeda” yaşayış massivinə endirdiyi zərbə nəticəsində binanın bir hissəsi partlayış nəticəsində tamamilə dağılıb.

"Məliç olduğu kimi, yanvarın 14-də günorta saatlarında rusiyalı terrorçular 1,1 mindən çox insanın yaşadığı hündürmərtəbəli binanı raketlə vurublar. Partlayış nəticəsində evin bir hissəsi tamamilə dağılıb. Hazırda 12 nəfərin həlak olduğu məlumdur. Həmçinin, 73 nəfər yaralanıb, onların demək olar ki, hamısı hazırda xəstəxanalardadır”, - məlumatda deyilir.

Xəsarət alanlar arasında 14 uşağın olduğu qeyd edilir. Dağıntılar hələ də təmizlənir.

"Faciə yerində xilasedicilər, hərbçilər, şəhərin xidmət qurumlarının əməkdaşları, polis əməkdaşları və çoxlu sayda texnika hələ də işləyir. Dağıntılar təmizlənir. Evləri ziyana məruz qalanların müvəqqəti sığınacaqlara aparılması üçün avtobuslar təşkil olunub. Şəhər rəhbərliyi onlara, ehtiyacı olan bütün insanlara yardım göstərir", - Şəhər Şurasından əlavə edilib.

00:10

Yanvarın 14-də Ukraynanın Dnepropetrovsk vilayətinin Dnepr şəhərinin rayonlarından birinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində azı 9 nəfər həlak olub.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.

"Artıq 9 ölü, onların arasında 15 yaşlı qız da var. 64 yaralı - 59-u xəstəxanaya yerləşdirilib, qalanları evlərində müalicə olunur. Rusiya raketi onlarla dneprli ailəni kədərləndirdi. Haqq-hesab vaxtı gələcək”, - Valentin Rezniçenko sosial şəbəkə hesabında yazıb.

14.01.2023. 21:01

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi növbəti irimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.

"AVESTA.AZ" bu barədə "UNİAN"a istinadən xəbər verir.

Dneprdə çoxmərtəbəli binaya düşən raket nəticəsində 39 yaralının olduğu məlumdur, onlardan yeddisi uşaqdır.

Bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.

Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.

19:14

Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib, yaralananlar var.

"AVESTA.AZ" "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.

Hazırda şəhər xidmətləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.

Dnepr meri Boris Filatov bildirib ki, hücum nəticəsində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

Paylaş

Xəbər lenti

Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Bu gün, 16:48 Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb Bu gün, 16:48 Taliban ABŞ-yə müraciət etdi: Əfqanıstanın mədən ehtiyatlarını təklif etdi Bu gün, 16:48 Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə Bu gün, 16:48 Qəzada ölən sürücü vəzifəli şəxs imiş Bu gün, 16:48 Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib Bu gün, 16:48 Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi Bu gün, 16:48 "Türk Şengeni" yaranır: Pasportsuz türk dünyası Bu gün, 16:48 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb Bu gün, 15:49 ATU-nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 15:49 Aİ iki ölkəyə Ukraynaya yardımla bağlı təzyiq göstərəcək Bu gün, 15:49 Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır Bu gün, 15:49 Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 15:49 İt dişləməsi nəticəsində burnunu itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub Bu gün, 15:49 Keçmiş həyat yoldaşından danışan aktrisa: "Boşanarkən məni maşınla vurdu" Bu gün, 15:49 Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib Bu gün, 15:48 Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 15:48 İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı Bu gün, 15:48 Çinin baş prokuroru Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif edilib Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib Bu gün, 14:48 Qaydaları kobud şəkildə pozub özünü İFŞA ETDİ - ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 14:48 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi Bu gün, 14:48 Əli Əsədov Oljas Bektenovu təbrik edib Bu gün, 14:48 Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır Bu gün, 14:48 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ Bu gün, 14:48 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb Bu gün, 14:48 Yasamalda qurumuş ağac təhlükə saçır: "Bir az güclü külək olsa, kiminsə üstünə aşacaq" Bu gün, 14:48 Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatıb Bu gün, 14:48 Sentyabrın ilk günlərində gözlənilən hava şəraiti açıqlandı Bu gün, 14:48 Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabrın 6-da imtahan olacaq Bu gün, 14:48 Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş olacaq Bu gün, 13:49 60 yaşlı kişi Bakıda hoteldə öldü Bu gün, 13:49 Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:49 Bərgüşadçay su anbarı ilə bağlı 130 milyon manatlıq LAYİHƏ Bu gün, 13:49 Bu ölkədə meşə yanğınlarını qəsdən törədənlərə ölüm cəzası tətbiq edilə bilər Bu gün, 13:48 Tramp kanadalı şirkətlərə səsləndi: "ABŞ-yə köçün, tarif tətbiq olunmayacaq" Bu gün, 13:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir Bu gün, 13:48 Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib Bu gün, 13:48 AMB kredit risklərinin idarə edilməsinə "Yaşıl Taksonomiya" tələblərini əlavə edib Bu gün, 13:48 Netanyahu seçki ərəfəsində təhdidlərini artırdı: "Lazım gələrsə, bütün Qəzzanı işğal edərik" Bu gün, 12:50 SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb Bu gün, 12:50 Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi Bu gün, 12:50 Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib Bu gün, 12:50 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ Bu gün, 12:49 "Pensiyalar artırılacaq" Bu gün, 12:49 Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb Bu gün, 12:49 Chatgpt ilə müalicə olunmaq təhlükəlidir? - Tanınmış professor danışdı Bu gün, 12:49 Süni intellekt şirkətinizə gələndə kim gedəcək: insanlar, yoxsa köhnə qaydalar? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR