
Masallıda bir sıra çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, təmir işlərini Masallı Rayon İcra Hakimiyyəti həyata keçirəcək.
Layihənin ehtimal olunan dəyəri 336 min manat təşkil edir. İşlər çərçivəsində şəhərin müxtəlif ünvanlarında (Qarabağ küçəsi 24, H. Əliyev prospekti 46, Xətai küçəsi 8, Zərifə Əliyeva küçəsi 4, Cəfər Cabbarlı küçəsi 31 və digər ünvanlarda) yerləşən yaşayış binalarında bloklar, zirzəmilər və mühəndis-kommunikasiya xətləri yenilənəcək.
Qeyd edək ki, layihənin əsas məqsədi binaların texniki vəziyyətini yaxşılaşdırmaq, sakinlərin təhlükəsizliyini artırmaq və yaşayış şəraitini daha komfortlu etməkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.