
Bakının Nəsimi rayonu ərazisində vətəndaşlar piyada səkilərinin zəbt edilməsindən şikayətçidirlər.
AVESTA.AZ-in "qaynar xətti"nə edilən şikayətdə bildirilir ki, "Şamaxinka" adlanan ərazidə yerləşən mağaza və marketlər piyada səkilərini zəbt edib.
Səkilərə müxtəlif əşyalar qoyulub. Piyadalar məcbur olur avtomobil yoluna çıxırlar. Nəticədə ərazidə təhlükəli və qəzalı vəziyyət yaranır.
Cavid Babayev
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.