
Əməkdar artist Toğrul Əsədullayevin oğlu Çindəki nüfuzlu ali məktəbə qəbul olunub.
BAKU.WS xəbər verir ki, musiqiçi bu xoş xəbəri qonaq olduğu "İncə Səhər" verilişində bölüşüb.
Toğrul Əsədullayev bildirib ki, oğlu Mirəkbər Çinin Harbin Universitetinə qəbul olub.
O, təhsilini kompüter texnologiyaları ixtisası üzrə davam etdirəcək.
Toğrul Əsədullayev Ali təhsil almaq üçün avqustda Çinə yollanacaq.
Qeyd edək ki, Harbin Universiteti 1920-ci ildə yaradılıb.
Çinin ən nüfuzlu təhsil ocaqlarından biridir. Xüsusilə mühəndislik, texnologiya və təbiət elmləri sahəsində dünyada lider ali məktəblərdən biri hesab olunur.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.