
ABŞ-nin Florida ştatında yerləşən Palm-Biç hava limanının adı rəsmi şəkildə dəyişdirilərək ölkə Prezidenti Donald Trampın adını daşıyan beynəlxalq aeroport olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hava limanından rəsmi açıqlama yayılıb.
Hava limanının rəhbərliyi əlavə edib ki, yeni ada keçid prosesi lövhələrin, brendinqin və rəqəmsal platformaların yenilənməsi ilə müşayiət olunacaq. Bununla belə, sərnişinlər üçün xidmət və səyahət qaydaları olduğu kimi qalacaq.
Xatırladaq ki, martda Florida qubernatoru Ron Desantis Palm-Biç hava limanının adının dəyişdirilməsi barədə qanunu imzalamışdı. Bundan əvvəl isə ABŞ prezidentinin malikanəsindən hava limanına gedən yola da onun adı verilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.