Bu gün, 08:48 52

Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb

Zaqatalada sel səbəbindən 50 mindən çox sakin içməli su problemi ilə üzləşib.

AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisinə iyulun 7-si axşam saatlarından başlayaraq iyulun 8-i günorta saatlarına qədər intensiv leysan yağışları yağıb.

Güclü yağışlar səbəbindən başlanğıcını Böyük Qafqaz sıra dağlarının cənub ətəklərindən götürən və sözügedən rayonların ərazisindən keçən Muxax, Tala, Bəkməz, Zilban, Katex və Balakən çaylarında suyun səviyyəsi kəskin artıb, qısamüddətli sel keçib.

Balakən və Zaqatala rayonlarında ondan çox kəndin ərazisini sel suları basıb. Sakinlərin həyətyanı sahələri, fərdi yaşayış evlərinin birinci mərtəbələri və zirzəmiləri sel suları ilə dolub, taxıl, qarğıdalı, bostan-tərəvəz sahələri və fındıq bağları su altında qalıb. Əhalinin yüzlərlə ev quşu və onlarla xırdabuynuzlu heyvanı tələf olub.

Zaqatala ərazisindən keçən Tala çayında suyun səviyyəsinin kəskin artması və çayın məcrasından çıxması nəticəsində əhalisi 32 mindən çox olan Zaqatala şəhəri, eləcə də rayonun iki böyük yaşayış məntəqəsi - 17 mindən çox sakini olan Yuxarı Tala və Aşağı Tala kəndləri içməli su problemi ilə üzləşib.

Artıq üçüncü gündür ki, ümumilikdə 50 mindən çox sakin içməli su çatışmazlığı yaşayır. Sakinlər içməli suya olan tələbatını kənardan gətirilən su və əraziyə cəlb olunan su daşıyan maşınlar vasitəsilə təmin edirlər.

Zaqatala şəhəri, Yuxarı Tala və Aşağı Tala sakinlərinin verdiyi məlumata görə, bu yaşayış məntəqələrinin içməli su ilə təminatı üçün başlanğıcını Böyük Qafqaz sıra dağlarının cənub ətəklərindən götürən Tala çayının rayonun Yuxarı Tala kəndi ərazisində, Mişleş adlanan sahədən keçən hissəsində çay yatağında quraşdırılmış filtrlərdən süzülən sudan istifadə olunur.

Yaz, yay və payız aylarında dağlara yağan intensiv yağışlar səbəbindən çaydan keçən su həddindən artıq bulanır və filtrlər suyu süzməkdə çətinlik çəkir. Son leysan yağışları nəticəsində isə Tala çayından keçən sel rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttini sıradan çıxarıb. Su xəttinin 400 metrdən çox hissəsi yararsız hala düşüb.

Rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti yerli bələdiyyələrin balansındadır.

Yuxarı Tala kənd bələdiyyəsinin sədri Eldar Qanzayevin bildirib ki, su xəttinin neçə metrlik hissəsinin yararsız hala düşdüyünü dəqiq müəyyən etmək üçün çayda suyun səviyyəsinin aşağı düşməsini gözləmək lazımdır. Çayda suyun səviyyəsi azaldıqdan sonra dəymiş ziyanın miqyası dəqiqləşdiriləcək.

Qeyd edək ki, Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti ötən əsrin 70-ci illərinin sonunda istifadəyə verilib. Su xətti 90-cı illərin sonlarından sonra Tala çayında baş verən sellər səbəbindən bir neçə dəfə qəzalı vəziyyətə düşüb və rayonun daxili imkanları hesabına təmir edilib.

Su xəttinin yararsız vəziyyətdə olan 1200 metrlik hissəsi sonuncu dəfə 2023-cü ilin mart ayında daxili imkanlar hesabına bərpa olunub. Hazırda su xətti istismar müddətini başa vurub və yenidən qurulmasına ehtiyac var.

Paylaş

Xəbər lenti

Bakıda bu ərazilərdə işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub Bu gün, 08:48 Kondisioner istifadə edənlərin diqqətinə: Çoxlarının bilmədiyi TƏHLÜKƏ Bu gün, 08:48 Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb Bu gün, 08:48 Xankəndi niyə böyük dövlətlərin maraqlarının toqquşduğu məkana çevrildi? Bu gün, 08:48 "Kəndə gedən yol dağılıb, gediş-gəliş kəsilib" - Zaqatalada güclü sel FƏSADLAR TÖRƏDİB Bu gün, 08:48 Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılır Bu gün, 00:48 Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər" Bu gün, 00:48 "Vəd verən çox olsa da, addım atan yoxdur" - Qəbələdə kənd sakinləri problemlərdən ŞİKAYƏT ETDİLƏR Bu gün, 00:48 Azərbaycanın diplomatik gedişi: İsrailin "erməni soyqırımı" təşəbbüsü necə dayandırıldı? Dünən, 23:48 "Vestri"nin baş məşqçisi: "Güclü rəqibə qarşı yaxşı oyun sərgilədik" Dünən, 23:48 Məşhəddəki dəmir yolu xətlərindən birində qatarların hərəkəti bərpa edilib Dünən, 23:48 Sürücülərin NƏZƏRİNƏ: Bakı Dairəvi Yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ Dünən, 23:48 Qurban Qurbanov: "Rəqib çox yaxşı müdafiə olundu" Dünən, 23:48 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib Dünən, 22:48 "28 May" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq Dünən, 22:48 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı Dünən, 22:48 İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır Dünən, 22:48 Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm Dünən, 22:48 "Sumqayıt" portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə bağlayıb Dünən, 22:48 Sarukyanın sement zavodu milliləşdirilir: Paşinyandan etirazçılara xəbərdarlıq Dünən, 21:48 ABŞ-də hava limanına Donald Trampın adı verildi Dünən, 21:48 Yayda avtomobil yanğınları niyə artır? – Hər sürücünün bilməli olduğu məqamlar Dünən, 21:48 Qarşıya qoyulan hədəflər ölkəni innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır Dünən, 21:48 Türkiyə ilə Livan arasında ikitərəfli münasibətlər müzakirə ediləcək Dünən, 21:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşmasında üçün qol vuruldu Dünən, 21:48 Bakı Dairəvi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub Dünən, 20:48 Vüqar Mustafayev Səlcuq Bayraktarla hərbi-texniki əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiq edilib Dünən, 20:48 Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB Dünən, 20:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşması start götürüb Dünən, 20:48 Türkiyə ilə qardaşlıq, İsraillə tərəfdaşlıq: Azərbaycan dünyaya diplomatik manevr nümunəsi göstərir Dünən, 20:48 Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır Dünən, 20:48 Bakıda külək ağacı yerindən çıxartdı Dünən, 19:48 AZAL: Gələcəkdə Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir Dünən, 19:48 UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" qarşılaşmasında start heyətlər açıqlandı Dünən, 19:48 DÇ-2026-nın 1/4 finalı öncəsi sarı vərəqə təhlükəsi: Hansı ulduzlar yarımfinalı buraxa bilər? Dünən, 19:48 Əmək bazarının inkişafı istiqamətində görülən işlər və vəzifələr müzakirə olunub Dünən, 19:48 Qazdan istifadə edənlərin NƏZƏRİNƏ - Yeni qaydalar imzalandı Dünən, 19:48 İsrail ordusu HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandirini öldürüb Dünən, 19:48 Atası Asiyanın ən varlı iş adamı olan qız, dəfiləyə 2 milyon dollarlıq çanta ilə gəldi Dünən, 18:48 Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" Dünən, 18:48 Bakıda qəza baş verdi Dünən, 18:48 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki bəzi qurumların ştat vahidləri təsdiqlənib Dünən, 18:48 Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ Dünən, 18:48 Nazirlər Kabinetindən binalarla bağlı yeni əmr Dünən, 18:48 Bu ilin ötən dövründə 226,3 milyon manat məbləğində ipoteka krediti verilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR