
Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.
AVESTA.AZ report-a istinadənn xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 7,9 % azdır.
Təkcə mayda ölkənin xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb.
Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.