Bu gün, 17:48 76

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib.

Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına Quzeyxırman və Güneyxırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Güneyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib.

Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 170-i yararsız, 379-u qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə isə təmir işləri davam edir. Digər 182 evin isə təmir-bərpası ilə bağlı hazırlıq işləri gedir.

Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıdıb.

Kənddə sosial infrastruktur sahəsində bir sıra işlər görülüb, yeni qaz xətti çəkilib, mövcud xətdə isə bərpa işləri aparılıb, subartezian quyularında nasos avadanlıqları quraşdırılıb, nasos stansiyasının tikintisi davam etdirilir. Kənddaxili su şəbəkəsi yenidən qurulub, fiber-optik kabel çəkilib.

x x x

Quzeyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. 1992-ci ildə işğal olunan kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənd sakinləri üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olublar. Burada orta məktəb, uşaq bağçaları, klub, kitabxana fəaliyyət göstərib.

Quzeyxırman kəndində 447 fərdi ev var. Onlardan da 65-i yararsız, 382-si qismən yararlıdır. 244 evdə təmir-bərpa işləri aparılır və bunlardan da 100-ü artıq istismara hazırdır. Digər 144 evdə görülən işlər növbəti aylarda yekunlaşacaq. Qalan 138 evdə isə təmir-bərpa işlərinə hazırlıq görülür.

Bir neçə gün əvvəl kəndə ilkin mərhələdə 21 ailə (87 nəfər) qayıdıb.

Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, yeni qaz xətləri çəkilib, mövcud xətt bərpa edilib, subartezian quyuları nasos avadanlıqları ilə təchiz olunub, su şəbəkəsi və nasos stansiyası yenidən qurulub. Mövcud transformator məntəqələri, elektrik hava xətləri və kənddaxili elektrik şəbəkəsi bərpa olunub, fiber-optik kabel xətti çəkilib. Bundan başqa, 460 şagird yerlik Quzeyxırman kənd tam orta ümumtəhsil məktəbinin və 40 yerlik körpələr evi-uşaq bağçasının binaları təmir olunub. Kənddə ictimai-iaşə obyektləri istifadəyə verilib.

x x x

Sonra dövlətimizin başçısı kəndə köçən Nizaməddin Əliyevin evində oldu.

Paylaş

Xəbər lenti

Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb Bu gün, 17:48 Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü oktyabrın 3-də başlayacaq Bu gün, 17:48 Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb Bu gün, 17:48 Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub Bu gün, 17:48 Əvəzedicilər Liqasının 2026/2027 mövsümünə avqustun 21-də start veriləcək Bu gün, 17:48 Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA Bu gün, 17:48 AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib Bu gün, 16:48 AAYDA rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib Bu gün, 16:48 Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub Bu gün, 16:48 DÇ-2026-nın 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq Bu gün, 16:48 Moskvada keçirilən peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb Bu gün, 16:48 Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? Bu gün, 16:48 Masallıda atdan yıxılan kişi öldü Bu gün, 16:48 Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA Bu gün, 15:48 Bakıda növbəti daxili iməclik keçirilib Bu gün, 15:48 İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib Bu gün, 15:48 İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI Bu gün, 15:48 Balakənin su basmış ərazilərində SON VƏZİYYƏT Bu gün, 15:48 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Bu gün, 15:48 "Yastıqaltı" pullar iqtisadiyyata gətirilir: Kütləvi maliyyələşdirmə biznes mühitini necə dəyişəcək? Bu gün, 15:48 Tibo Kurtua mundiallarda matç sayına görə qapıçılar arasında ikinci pilləyə yüksəlib Bu gün, 14:48 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Bu gün, 14:48 İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq Bu gün, 14:48 Azərbaycan basketbol millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb Bu gün, 14:48 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı olub Bu gün, 14:48 Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Bu gün, 14:48 Röya Ayxan lüks villasında qardaşı oğluna ad günü keçirdi Bu gün, 13:48 Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb Bu gün, 13:48 Tbilisidə Fatiməni qətlə yetirməkdə şübhəli bilinən qohumu tutuldu Bu gün, 13:48 Abbas Abbaso: BTQ son üç il ərzində beynəlxalq dekolonizasiya prosesinə ən çox töhfə verən təşkilatlardandır Bu gün, 13:48 Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var Bu gün, 13:48 İngiltərənin iki klubu "Sportinq"in hücumçusu Fransişku Trinkauya maraq göstərir Bu gün, 13:48 Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı Bu gün, 13:48 BTQ Afrika ölkəsinin dövlət qurumu ilə ilk memorandumu imzalayıb Bu gün, 13:48 Azərbaycan neftinin qiyməti 1 dollardan çox azalıb Bu gün, 13:48 İsmayıllıda torpaq sürüşməsi olub, üç ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb Bu gün, 13:48 Ferran Torres "Barselona"nı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ Bu gün, 13:48 Ötən gün ölkədə 36 kiloqramdan çox narkotik aşkarlanıb Bu gün, 13:48 İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub Bu gün, 11:48 FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır Bu gün, 11:48 Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub Bu gün, 11:48 Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib Bu gün, 11:48 Ermənistanın baş prokuroru Saqatelyan və Karapetyanın toxunulmazlığının ləğvini tələb edəcək Bu gün, 11:48 "Euronews" Azərbaycanda etiqad azadlığından bəhs edən süjet hazırlayıb Bu gün, 11:48 Bakıda iki motosiklet toqquşdu: ÖLƏN VAR - ANBAAN GÖRÜNTÜ Bu gün, 11:48 Abbas Abbasov: Media dekolonizasiyanın təşviqində əsas rol oynayıb Bu gün, 10:48 "Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir Bu gün, 10:48 Monteneqroda törədilmiş ağır cinayətlə bağlı Azərbaycanda DNT tədqiqatı aparılıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR