
Türkiyəli aktyor Fatih Gühan yeni televiziya layihəsində rol alacaq.
AVESTA.AZ xəbər verir ki, aktyor "Anne Yarısı" adlı serialın heyətinə daxil olub.
O, ekran işində "Kadir" adlı obrazı canlandıracaq.
Xatırladaq ki, Fatih Gühan son olaraq tamaşaçıların qarşısına "Kızılcık Şerbeti" serialında çıxmışdı. Yeni layihə aktyorun həmin ekran işindən sonra qatıldığı ilk seriallardan biri olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.