Dünən, 16:48 107

2026-cı ilin ilk altı ayında Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti" qadınların təhlükəsizliyinin, hüquqlarının müdafiəsinin və sosial rifahının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib.

Hesabat dövründə xidmətə daxil olan müraciətlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə artması xidmətə göstərilən etimadın və onun əlçatanlığının daha da gücləndiyini göstərir.

Yanvar–iyun ayları ərzində "Qadın Dəstək Xətti"nə ümumilikdə 2500-ə yaxın müraciət daxil olub.

Müraciətlərin əhəmiyyətli hissəsi psixoloji dəstək və zorakılıq halları ilə bağlı olub. Hesabat dövründə 548 qadın zorakılıq faktları ilə əlaqədar dəstək üçün müraciət edib. Qeydə alınan hallar fiziki, psixoloji və cinsi zorakılıq, etinasızlıq, sosial, məişət və kiberzorakılıq kimi müxtəlif zorakılıq formalarını əhatə edib. Xüsusilə son dövrdə geniş yayılmağa başlayan kiberzorakılıqla bağlı 45 müraciət qeydə alınıb. Bir sıra müraciətlərdə qadınların eyni zamanda bir neçə zorakılıq növünə məruz qaldığı müəyyən edilib. Hər bir hal fərdi qaydada qiymətləndirilib, müraciət edənlərə psixoloji, hüquqi və sosial istiqamətlər üzrə kompleks dəstək göstərilib, zərurət yarandıqda isə aidiyyəti dövlət qurumları və tərəfdaş təşkilatlarla koordinasiyalı şəkildə müvafiq tədbirlər həyata keçirilib.

Müraciətlərin təsnifatına əsasən, 698 müraciət psixoloji dəstək, 384 müraciət hüquqi yardım, 233 müraciət isə sığınacaqla təmin olunma ilə bağlı olub. Bununla yanaşı, 171 müraciət nikahın pozulması prosesində yaranan çətinlikləri, 127 müraciət sosial-maddi rifah məsələlərini, 113 müraciət isə digər sosial problemləri əhatə edib.

Hesabat dövründə 98 müraciət intihar düşüncələri, 54 müraciət qadınların istismarı və həssas vəziyyətindən sui-istifadə halları ilə bağlı qeydə alınıb. Bundan əlavə, səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar 38, təhsil məsələləri üzrə isə 33 müraciət daxil olub.

Hüquqi yardım istiqamətində müraciətlər əsasən hüquqi məsləhətlərin göstərilməsi, mühafizə orderinin alınması, məcburi evlilik və digər hüquqi məsələləri əhatə edib.

"Qadın Dəstək Xətti" Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı ilə fəaliyyət göstərir. Qadınlara fasiləsiz dəstək göstərən xidmət 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində əlçatandır. Azercell abunəçiləri üçün 116111 nömrəsinə edilən zənglər ödənişsizdir.

Bununla yanaşı, çətin həyat şəraitində yaşayan və ya risk altında olan qadınlar oflaynqadinlar.az platforması vasitəsilə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar, mövcud dəstək mexanizmləri və hüquqların müdafiəsi imkanları barədə sistemli və etibarlı məlumat əldə edə bilərlər.

Paylaş

Xəbər lenti

"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb Bu gün, 19:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Bu gün, 19:48 Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA Bu gün, 19:48 Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir Bu gün, 19:48 Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 18:48 Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib Bu gün, 18:48 Bakıda sərnişin avtobusları toqquşdu Bu gün, 18:48 Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb Bu gün, 18:48 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir Bu gün, 18:48 Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq Bu gün, 18:48 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Bu gün, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Bu gün, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Bu gün, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Bu gün, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Bu gün, 17:48 Media Kuboku 2026-nın püşkü atıldı Bu gün, 16:49 Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü - TƏFƏRRÜAT Bu gün, 16:48 Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi Bu gün, 16:48 Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib Bu gün, 16:48 "NEWS.ru": Süni intellekt IV Şuşa Qlobal Media Forumunun əsas mövzularından biri olub Bu gün, 16:48 Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb Bu gün, 16:48 Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub Bu gün, 16:48 Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib Bu gün, 16:48 FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub Bu gün, 15:49 Travmatologiya İnstitutunda NÖVBƏ İZDİHAMI Bu gün, 15:48 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü Bu gün, 15:48 Keçmiş futbolçu restoranda həyat yoldaşına sillə vurdu, saxlanıldı Bu gün, 15:48 Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb Bu gün, 15:48 Şuşada tarixi çıxış: Azərbaycan yeni xarici siyasət mərhələsinə keçir? Bu gün, 15:48 AQTA Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb Bu gün, 15:48 Tramp İrana dəyən ziyanı açıqladı Bu gün, 14:48 Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 14:48 Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar Bu gün, 14:48 Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi Bu gün, 14:48 Danla Biliç xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır Bu gün, 14:48 Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb Bu gün, 13:48 Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO Bu gün, 13:48 Prokuror "Beniz"ə ağır cəza istədi Bu gün, 13:48 ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra... Bu gün, 13:48 Azərbaycanda enerji effektivliyi haqqında qanunda dəyişiklik qəbul olunub Bu gün, 13:48 Haluk Leventin dərnəyi ilə bağlı saxlanılanların sayı 39-a çatdı Bu gün, 13:48 IV Şuşa Qlobal Media Forumu başa çatıb Bu gün, 13:48 Sabah Azərbaycanda 40° isti olacaq Bu gün, 13:48 Gəlinlə bəy bu səbəbdən ŞADLIQ SARAYINI məhkəməyə verdi - 200000 alacaq Bu gün, 13:48 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyul ayının pensiyaları ödənilib Bu gün, 13:48 Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 12:48 Bakıda bu avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR