Bu gün, 17:49 57

IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY

Şuşa şəhərində dördüncü dəfədir keçirilən Qlobal Media Forumu kommunikasiya və informasiya texnologiyaların, süni intellektin sürətli inkişafı, qlobal geosiyasi və geoiqtisadi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik, o cümlədən informasiya təhlükəsizliyinin ciddi təhdidlər qarşısında qaldığı dünyada, təkcə medianı deyil, bütövlükdə humanizm dəyərlərini, ədalət prinsiplərini ciddi çağırışlar qarşısında qoyan problemlərin açıq və şəffaf şəkildə müzakirə olunduğu beynəlxalq platformaya çevrilib.

AVESTA.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, foruma ildən-ilə artan diqqət, dünyanın müxtəlif ölkələrini, aparıcı resurslarını təmsil edən media nümayəndələrinin bəşəriyyəti narahat edən problemlərlə bağlı Prezident İlham Əliyevə ünvanlandığı suallara dərin analitik təfəkkürün, strateji baxış bucağının süzgəcindən keçirilən cavabların uzun müddəd dünya mediasının, aparıcı beyin mərkəzlərinin müzakirə və istinad mənbəyinə çevrilməsi Forumun qlobal əhəmiyyətini nümayiş etdirir.

IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY

Deputat qeyd edib ki, bu baxımdan Şuşada keçirilən forumu ilin ən önəmli hadisələrindən biri kimi də dəyərləndirmək olar:

"Hazırda media tarixin ən çətin, ən mürəkkəb transformasiya dövrünü yaşayır. Əgər bir zamanlar radionun yaranması çap mediasını, televiziyanın yaranması radionu müəyyən çağırışlar qarşısında qoymuşdusa da, zamanla bu proses təbii şəkildə tənzimlənərək sözügedən media seqmentlərinin öz auditoriyalarını formalaşdırmalarına zəmin yaratmışdı. Mövcud reallıqlar faktiki olaraq, bütün media seqmentlərini, bütövlükdə ənənəvi medianı ciddi çağırışlar qarşısında qoyub və vəziyyəti mürəkkəbləşdirən əsas məqam ondan ibarətdir ki, ənənəvi medianın hələ tam adaptə olmadığı rəqəmsal reallıqlar az qala hər gün dəyişir.

Təəssüf ki, bəzən yaranan yeni "qəliblər" mediaya öz şərtlərini diqtə edir, təkcə ayrı-ayrı resursları deyil, bütövlükdə dövlətlərin informasiya təhlükəsizliyini saysız-hesabsız alqoritmlərlə manipulyasiya oluna reallıqlar qarşısında qoyur. Bu səbəbdən Şuşa Qlobal Media Forumunu yeni reallıqlara transformasiya olunmaq, mövcudluğunu qorumaq üçün sözün əsl mənasında mücadilə aparan peşəkar media üçün unikal platforma hesab etmək olar".

E.Mirzəbəylinin fikrincə, builki forumu əvvəlki illərdən fərqləndirən mühüm cəhətlərdən biri ilk növbədə onun devizi ilə bağlıdır:

"Forumun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" adlandırılması, şübhəsiz ki, təsadüfi deyil və bu yanaşma təkcə Cənubi Qafqazda cərəyan edən prosesləri deyil, bütövlükdə qlobal miqyasda baş verənləri əhatə edir. Geosiyasi ziddiyyətlərin dərinləşdiyi, qlobal qarşıdurmaların dünyanı yeni təhdidlər qarşısında qoyduğu bir zaman kəsiyində Azərbaycan, öz təcrübəsindən çıxış edərək, sülh gündəliyini davam etdirir və bu prosesin həm də medianın missiyası olduğunu xatırladır".

Parlament üzvü vurğulayıb ki, bu gün dünyada baş verən müharibələrlə, insan ölümləri ilə müşaiyət olunan qarşıdurmaların təməlində dayanan amillərdən biri və birincisi qlobal etimad böhranıdır:

"Etimad böhranının səbəblərindən biri də, şübhəsiz ki, yalanla həqiqətin sərhədlərinin itməsi, sonuncunun həm beynəlxalq münasibətlər sistemində, həm də media müstəvisində təzyiq altında tamamilə sıradan çıxarılmaq perspektividir. Məhz bu xüsusda Azərbaycan həqiqətin bərpasının və etimadın yenidən qurulmasının sülhün təşviqi üçün yeganə vasitə olduğu mesajını verir. Düşünürəm ki, ənənəvi medianın sürətlə dəyişən reallıqlar qarşısında öz yerini qoruyub saxlamasının yeganə yolu da həqiqətə ayna olması, dəyərlərinə sadiq qalması və ona olan etimadı yendən bərpa etməsidir".

Paylaş

Xəbər lenti

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb Bu gün, 18:48 Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan! Bu gün, 18:48 Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Bu gün, 18:48 Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb Bu gün, 18:48 Slovakiya Prezidenti Azərbaycana səfərini əməkdaşlığın inkişafı üçün imkan adlandırıb Bu gün, 18:48 Yusif Vəliyev: "YayFest 2026 Azərbaycanın ən irimiqyaslı gənclər layihəsidir" Bu gün, 18:48 Hikmət Hacıyev: Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir Bu gün, 18:48 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu Bu gün, 18:48 IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY Bu gün, 17:49 Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir Bu gün, 17:49 Azərbaycan Ordusunun hərbçisi vəfat etdi Bu gün, 17:48 Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb Bu gün, 17:48 Dünya çempionatının loqosu təsdiqlənib Bu gün, 17:48 Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ Bu gün, 17:48 "Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir Bu gün, 17:48 Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi Yan Sanders ilə görüşüb Bu gün, 17:48 Xəzər dənizində balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyası keçirilir Bu gün, 17:48 Belarus səfiri regionun turizm potensialı ilə tanış olmaq üçün Qarabağa səfər edib Bu gün, 17:48 "Qarabağ"da gözlənilməz ayrılıq Bu gün, 16:48 Şamaxıda Yay Fest 2026-ya start verildi Bu gün, 16:48 "Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artıb Bu gün, 16:48 Media: Ərdoğan NATO sammitində Trampa xüsusi qızılı revolver hədiyyə edib Bu gün, 16:48 Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı Bu gün, 16:48 Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb Bu gün, 16:48 Bakıda uşaqların əylənməsi üçün nəzərdə tutulan park onların həyatı üçün təhlükəli hal alıb Bu gün, 15:49 Rafael Ağayevə ağır itki üz verdi Bu gün, 15:49 Utilizasiyaya avtomobil verənlərin diqqətinə: Qəbul qiyməti dəyişə bilər Bu gün, 15:49 "Zirə"dən ayrılan Fuad Bayramov "Səbail"ə keçib Bu gün, 15:48 Bu ilin 6 ayı ərzində 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb Bu gün, 15:48 Bu gün və sabah geomaqnit qasırğası gözlənilir Bu gün, 15:48 "Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI Bu gün, 15:48 Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb? Bu gün, 15:48 Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycanda dövlət qurumu ləğv edildi Bu gün, 15:48 6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir Bu gün, 15:48 Azərbaycan avarçəkəni Azər İlyasov Litvada gümüş medal qazanıb Bu gün, 15:48 Mahir Emreli İsrailin "Makkabi" klubunun təklifini rədd edib Bu gün, 14:50 AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar Bu gün, 14:50 Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb Bu gün, 14:49 İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti Bu gün, 14:49 Ötən həftə 1 421, 8 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib Bu gün, 14:48 Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub Bu gün, 13:48 Binəqədidə ödəmə terminalının oğurlanması anları videoya düşüb Bu gün, 13:48 Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət tətbiq oluna bilər Bu gün, 13:48 Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir Bu gün, 13:48 Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir Bu gün, 13:48 IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin diplomatiya uğurları RƏY Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR