
ABŞ Dövlət Departamenti Kubaya qarşı sanksiyaların genişləndirildiyini elan edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, sanksiyalar Kubanın Turizm Nazirliyinə, bir neçə hərbiləşdirilmiş struktura - xüsusi təyinatlılara və ərazi müdafiə qüvvələrinə, həmçinin bir neçə idxal-ixrac şirkətinə qarşı tətbiq edilib.
Qeyd edək ki, iyun ayında ABŞ Kuba Prezidenti Migel Dias-Kanelə, eləcə də ölkənin bir sıra digər hakimiyyət strukturlarına və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.