
Dünya enerji bazarlarında Azərbaycan neftinin qiymətində əhəmiyyətli artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Neft bazarındakı son hərracların nəticələrinə əsasən, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,38 ABŞ dolları (4,3%) bahalaşaraq 81,29 ABŞ dollarına yüksəlib.
Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir bareli 3,3 ABŞ dolları (4,4%) bahalaşaraq 78,36 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Beynəlxalq bazarlarda etalon hesab olunan "Brent" markalı neftin sentyabr fyuçersləri isə 77,32 ABŞ dollarından alınıb-satılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.