
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki bazasına raket hücumu həyata keçirib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.
"Şeyx İsa" aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci donanmasının mənzil-qərargahı İran tərəfindən kütləvi raket və pilotsuz aparatı (PUA) zərbələrinə məruz qalıb", - SEPAH-ın bəyanatında bildirilir.
Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın hədələrinə sözlə yox, əməlləcavab veriləcəyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.