
Qlobal neft bazarında tələb və təklif arasında balansın qorunması Azərbaycanın "OPEC+" çərçivəsində əməkdaşlıqda əsas məqsədlərindən biridir.
AVESTA.AZ report-a iatinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq on ilə yaxındır Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı kimi "OPEC+" platformasında qlobal neft bazarının sabitliyinin təmin olunmasına fəal və məsuliyyətli şəkildə töhfə verir: "Əsas məqsədimiz tələb və təklif arasında balansın qorunmasıdır. Bu, OPEC+ çərçivəsində əməkdaşlığa sadiqliyimizin aydın göstəricisidir. Azərbaycan bundan sonra da OPEC+ çərçivəsində qlobal enerji bazarında sabitliyin qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verməyə davam edəcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.