
Bakıda OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclası keçirilib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanın ev sahibliyi ilə təşkil olunan iclasa OPEC-in Baş katibi Haysam Əl-Qays sədrlik edib.
Qeyd edək ki, texniki komitənin ilk iclası 2025-ci ilin noyabrında keçirilmiş OPEC və qeyri-OPEC ölkələrinin 40-cı nazirlər iclasında əldə olunmuş qərarların davamı olaraq təşkil olunub.
*** 10:07
Bu gün Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası keçirilir.
AVESTA.AZ xəbər verir ki, iclasda OPEC-in Baş katibi Heysəm əl-Qaysın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti iştirak edir.
Azərbaycan tərəfi tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə təmsil olunur.
İclasda OPEC-ə üzv ölkələrin və Əməkdaşlıq Xartiyasında iştirak edən dövlətlərin nümayəndələri bir araya gəlib. Görüşdə dəyişən qlobal enerji mənzərəsi fonunda enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunur.
İclas çərçivəsində Texniki Komitənin sədrinin seçilməsi nəzərdə tutulur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.