
Xırdalan şəhərində yerləşən Heydər Parkında ağacların quruması sakinlərin narahatlığına səbəb olub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə vətəndaşlar məlumat veriblər.
Onların sözlərinə görə, son vaxtlar park ərazisində ağacların sürətlə quruması müşahidə olunur. Sakinlər yaşıllıq zolağının vəziyyətinin getdikcə pisləşdiyini bildirərək problemin araşdırılmasını və aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini xahiş edirlər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.