
Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Arif Tahir oğlu Camayevi iyulun 15-də yaşadığı evin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurub və o, hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.