
12 iyul 2027-ci il tarixində Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN-dən BAKU.WS-ə bildirilib.
***
Kəlbəcər rayonunda çaydan su götürərkən sel sularına düşərək itkin düşən uşağın axtarışları davam edir.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə itkin düşən şəxsin yaxınları məlumat veriblər.
Bildirilib ki, hadisə 4 gün əvvəl baş verib. Kəlbəcər rayon sakini Abıtalıbov Yaqub Zabil oğlu çaydan su götürmək istəyərkən qəfil sel sularına düşərək itib.
Yaxınlarının sözlərinə görə, hadisədən dərhal sonra aidiyyəti qurumlara məlumat verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.