
""Global Media Group"a daxil olan BaKu TV, son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir və yubiley tədbirlərinin media tərkib hissəsinə öz töhfəsini verir".
AVESTA.AZ xəbər verir ki, bu sözləri "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" adlı tədbirdə çıxış edən "Baku TV" MMC-nin direktoru Ramin Cəfərov deyib.
O bildirib ki, media sahəsində düzgün, sağlam və ədalətli fəaliyyətin təmin edilməsi ilə bağlı təkliflər redaksiya siyasətində bilavasitə öz əksini tapır.
"Biz bu prosesin media tərəfində yer alırıq.
Konfransın gündəliyində olan mövzular dini müzakirələr, informasiya manipulyasiyaları və dini çağırışları da əhatə edir" - deyə Ramin Cəfərov fikirlərinə əlavə edib.
Qeyd edək ki, tədbir Global Media Group holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin təşkilatçılığı reallaşır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.