Bu gün, 18:48 64

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2026-cı ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluqdan BAKU.WS-ə bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram ifadə olunub.

Kollegiya iclası başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Vətənimizin ərazi bütövlüyü uğrunda yaralananlara şəfa diləyiblər.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov, əvvəlcə, dünyaşöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yeni müstəvidə yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 23 ilə yaxın müddət ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan bəhs edib. Vurğulanıb ki, qazanılan uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm töhfələr verir.

Hərbi prokuror bildirib ki, ötən il kimi, 2026-cı ilin birinci yarımili də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun uğurları ilə yadda qalıb. Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla, qanunun aliliyinin təmin olunmasına, o cümlədən Silahlı Qüvvələrdə hüquqazidd əməllərin qarşısının alınmasına yönəlib. Qeyd olunub ki, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam, obyektiv araşdırılması və tələb edilən səviyyədə prosessual rəhbərlik nəticəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi açılıb.

Bundan başqa, diqqətə çatdırılıb ki, qanunçuluğun daha da möhkəmləndirilməsində Hərbi Prokurorluqla digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olub. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 0,9, qeyri-hərbi cinayətlər isə 4,9 faiz azalıb. O cümlədən 2025-ci ilin birinci yarımili ilə müqayisədə 2026-cı ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 21,2, qulluğa səhlənkar yanaşma cinayətləri 9,1, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələbetmə cinayətləri 75, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 16,7, xuliqanlıq cinayətləri 71,4, rüşvətalma və rüşvətvermə cinayətləri isə 42,3 faiz azalıb.

Bildirilib ki, dövlətin, eləcə də fiziki və hüquqi şəxslərin mənimsənilmiş və ya israf edilmiş əmlakları ilə bağlı ziyanın ödətdirilməsi istiqamətində də əhəməiyyətli nailiyyətlər əldə edilib.

Müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması da qeyd olunaraq, Hərbi Prokurorluğun "962 Etimad xətti" əlaqə mərkəzinə 400-dən artıq müraciətin daxil olduğu bildirilib.

Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışçılar hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

İclasda qazanılmış uğurlarla yanaşı, bəzi nöqsanlara da yol verildiyi bildirilərək, onların təhlil olunmaqla aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.

Dövlətimizin başçısının prokurorluğa olan yüksək qayğısını minnətdarlıqla vurğulayan Hərbi prokuror, Baş prokuror Kamran Əliyevin hərtərəfli dəstəyi ilə hərbi prokurorluq əməkdaşlarına göstərilən diqqətdən, onlara yaradılmış yüksək iş və məişət şəraitindən də bəhs edib.

Kollegiya iclasına yekun vuran Hərbi prokuror bildirib ki, Hərbi Prokurorluğun kollektivi milli maraqların, dövlətçilik prinsiplərinin və qanunçuluğun qorunması, Silahlı Qüvvələrdə hərbi intizamın daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıraraq, üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

Paylaş

Xəbər lenti

Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb Bu gün, 18:48 Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar Bu gün, 18:48 "Fənərbağça" yeni transferlərini təqdim etdi Bu gün, 18:48 Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər Bu gün, 18:48 Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək Bu gün, 18:48 Saray sakinləri köhnə avtobuslardan şikayətlənirlər: AYNA-dan AÇIQLAMA Bu gün, 18:48 Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib Bu gün, 18:48 Hərbi Prokurorluq: Qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə 0,9 % azalıb Bu gün, 18:48 II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi elan edilib Bu gün, 17:50 Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir Bu gün, 17:49 II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilən qəbul imtahanında dörd nəfər 400 bal toplayıb Bu gün, 17:49 Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir" Bu gün, 17:49 Bəzi məhsullar gömrük rüsumlarından azad olunur - FƏRMAN Bu gün, 17:49 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır Bu gün, 17:49 ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub Bu gün, 17:48 Françesko Totti DÇ-2026-da onu ən məyus edən komandaların adını açıqlayıb Bu gün, 17:48 VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib Bu gün, 17:48 Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı ÖLDÜ Bu gün, 16:48 Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb Bu gün, 16:48 Türkiyədə torpağın altında 22 ton qiymətli trüfel göbələyi aşkarlanıb Bu gün, 16:48 Metroda 6 müasir ventilyator quraşdırılıb Bu gün, 16:48 Premyer Liqanın yeni mövsümündə ilk böyük oyunların turları məlum olub Bu gün, 16:48 Ceyhun Bayramov İrəvanla münasibətlərin normallaşdırılmasında Bakının mövqeyi barədə danışıb Bu gün, 16:48 DÇ-2026-da tətbiq edilən VAR qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq Bu gün, 16:48 Bayramov: Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır Bu gün, 16:48 Sürücülər arasında mübahisə yaradan dayanacaq: Cəlil Məmmədquluzadə küçəsindəki vəziyyət Bu gün, 16:48 "BİMLAND" Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb Bu gün, 16:48 Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI Bu gün, 16:48 Məşhur türkiyəli aparıcı vəfat edib Bu gün, 15:48 1,8 milyon qazandı, amma işdən ÇIXARILDI – SƏBƏB Bu gün, 14:48 82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu Bu gün, 14:48 Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər Bu gün, 14:48 10 manatlıq borc mübahisəsi qanla bitdi: Təsbehlə təhqir edildiyini deyən gənc tanışını öldürdü Bu gün, 14:48 Vəzifə saxtakarlığında ittiham olunan Zülfüqar Zülfüqarov hakim qarşısına çıxarılacaq Bu gün, 14:48 Bakıda daha bir məktəb sökülərək yenidən tikiləcək Bu gün, 14:48 Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş keçirilir Bu gün, 14:48 Vaqif Poeziya Günləri Şuşada davam edir Bu gün, 14:48 Lavrov: Moskva və Bakı müttəfiqlik potensialının tam açılmasına doğru irəliləyir Bu gün, 14:48 Agentlik sədri Füzulidə vətəndaşlarla görüşüb Bu gün, 14:48 İlkin Zeynallı: "Beynəlxalq təhsil və təcrübə yerli bazarın inkişafı üçün vacib alətdir" Bu gün, 13:48 Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ Bu gün, 13:48 Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib Bu gün, 13:48 Azərbaycan millisi Tacikistan yığması ilə yoldaşlıq oyunu keçirəcək Bu gün, 13:48 BDU-nun baş müəllimi Vaqif Nəbiyev vəfat edib Bu gün, 13:48 Dünya çempionatının bilet satışlarına start verildi Bu gün, 13:48 "Mançester Yunayted" 27 yaşlı futbolçu üçün hərəkətə keçdi Bu gün, 13:48 Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR