
Madrid "Real"ı braziliyalı ulduz futbolçusu Vinisius Juniorun gələcəyi ilə bağlı qəti mövqe sərgiləyib.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış jurnalist Romen Molina məlumat yayıb.
Mənbənin iddiasına görə, Madrid təmsilçisi 26 yaşlı hücumçuya seçim təqdim edib: ya klubla yeni müqavilə imzalayacaq, ya da yay transfer pəncərəsində satışa çıxarılacaq.
Molina bildirir ki, Vinisiusun "Real"dan ayrılacağı təqdirdə transferini maliyyə baxımından reallaşdıra biləcək yeganə klub İngiltərənin "Mançester Yunayted"idir. Hazırda Premyer Liqa təmsilçisi braziliyalının karyerasını davam etdirə biləcəyi yeganə real variant kimi qiymətləndirilir.
Qeyd edək ki, Vinisius Junior ötən mövsüm bütün turnirlərdə "Real"ın heyətində 59 oyunda meydana çıxıb. O, bu görüşlərdə 23 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı futbolçunun Madrid klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.