
İnsanların böyük əksəriyyəti istirahət üçün məhz yay fəslini seçir. Bu mövsüm turizm sahəsində də canlanma dövrüdür.
Bəziləri istirahətini dəniz kənarında, bəziləri isə dağların qoynunda keçirməyi üstün tutur. Təbii ki, fərqli ölkələrin mədəniyyətini və tarixini kəşf etmək istəyənlərin də sayı az deyil.
Vətəndaşlar mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.
Onlardan biri bildirib: "Bölgələrimizlə müqayisədə xaricdə istirahət etmək daha ucuz başa gəlir. Bizim bölgələrdə qiymətlər yerli əhali üçün olduqca bahadır".
Digər bir sakin isə Türkiyəyə səyahəti daha sərfəli hesab etdiyini deyib: "Düşünürəm ki, Türkiyədə istirahət etmək bizim bölgələrlə müqayisədə həm daha sərfəli, həm də yeni atmosfer və tanışlıqlar baxımından daha maraqlıdır".
Mövzu ilə bağlı fikirlərini bölüşən turizm eksperti Babək Rüstəmov qiymətlər barədə bunları qeyd edib: "Şimal bölgələrimizdən Qubada qonaqlama və yemək xərcləri də daxil olmaqla, iki nəfərin iki günlük istirahəti təxminən 300-500 manat aralığında dəyişir. Xarici ölkələrə gəldikdə isə, səyahəti 3-4 ay öncədən planlaşdırdıqda, bir nəfərin xərci 800-1000 manat civarında olur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.