
İran və ABŞ arasında davam edən qarşıdurma fonunda Küveytin hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının qarşısını alıb.
BAKU.WS xəbər verir ki, hadisə zamanı Küveyt hava məkanında təhlükəsizlik tədbirləri gücləndirilib və hava hücumundan müdafiə qüvvələri bir neçə hədəfi zərərsizləşdirib. Məlumata görə, müdaxilə nəticəsində ölkənin enerji və su təchizatı obyektlərinə yönəlmiş hücumların qarşısı qismən alınıb.
Bəzi beynəlxalq KİV-lərin məlumatına əsasən, İranın zərbələri nəticəsində Küveytdə elektrik enerjisi istehsalı və dəniz suyunun duzsuzlaşdırılması müəssisələrindən birinə ziyan dəyib. Rəsmi qurumlar yanğının söndürüldüyünü, bərpa işlərinin aparıldığını və əhalinin elektrik enerjisindən qənaətlə istifadə etməsinin tövsiyə olunduğunu açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.